Hadisə

Toyuq saya bilir

Ev quşu kartdakı rəqəmi dimdikləməklə ifadə edir

· Xəbərçi
Toyuq saya bilir
Böyük Britaniyada toyuğa saymaq öyrədilib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, "Kerol Vorderman" ləqəbli ev quşu kartlarda təsvir edilən sayları aydın müəyyən edə bilir.

Toyuğun 47 yaşlı sahibinin sözlərinə görə, o heyvanın kartdakı rəqəmlərin sayı qədər lövhəni dimdikləməsini eşidəndə şoka düşüb. Hələlik "Kerol" 8-ə qədər saya bilir. Ancaq sahibi onunla bu sayı artırmaq üçün məşqlərini davam etdirir.

Toyuğun saymağa marağını itirməmək üçün sahibi hər gün 2-3 dəqiqiə onunla məşğul olur. Hər doğru cavaba görə, toyuq yemlə mükafatlandırılır.

47 yaşlı qadının başqa toyuqlarıda yem almaq üçün onun etdiklərini təkrarlasalar da hələlik onlarda heç bir şey alınmır.

Şərhlər