Tovuzun Koxanəbi kəndi atəşə tutulub
25 Mart 2009 Çərşənbə 21:30
Ermənistan ordusu Tovuz rayonunun Koxanəbi kəndini 4 saat atəşə tutub, Kənd sakini Anar Məmmədov bildirib ki, ermənilər mövqelərini hər gün bir az daha kəndə yaxınlaşdırırlar
Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Koxanəbi kəndi düşmən tərəfindən mütəmadi atəşə məruz qalıb. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, dünən saat 11 radələrindən kənd dörd saata yaxın fasiləsiz atəşə tutulub. Kənd sakinlər bildirib ki, kənddə olan bütün evlərin dam örtükləri və pəncərələri sıradan çıxıb. Bəzi evləri isə düşmən mövqelərindən cəmi 150-200 metr ayırır. Əsas məşğuliyyətləri və yeganə gəlir mənbələri kənd təsərrüfatı olan Koxanəbililər düşmənin tez-tez atəşkəsi pozması nəticəsində sahələrə belə günlərlə çıxa bilmədiklərini deyirlər. Kənd sakini Anar Məmmədov isə bildirib ki, ermənilər mövqelərini hər gün bir az daha kəndə yaxınlaşdırırlar. “ermənilər gündən-günə mövqelərini kəndə daha da yaxın edirlər və onun ərazisinə daxil olurlar. Yaxınlıqdakı düşmən postlarının sayı da artır və bunun nəticəsidir ki, Koxanəbililər son zamanlar daha tez-tez atəşə məruz qalırlar”. 
 
/ANS TV/


DOSTLARINLA PAYLAŞ:

oyunlar