Tovuzda 7-ci sinif şagirdi qız özünü asıb
19 Aprel 2012 Cümə Axşamı 10:23
13 yaşlı Məsimə Quliyeva intihar edib
Ötən gün Tovuz rayonunda orta məktəb şagirdi özünü asıb. Tovuz rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Aşağı Mürgülü kənd sakini 1999-cu il təvəllüdlü Məsimə Barat qızı Quliyeva özünü asıb. 13 yaşlı qızın meyidini yaxınları həyətdəki qoz ağacından kəndirlə asılmış vəziyyətdə tapıblar.

Orta məktəbin 7-ci sinfində oxuyan Məsimə Quliyeva qan xəstəliyindən əziyyət çəkirmiş. Verilən məlumata görə, o bir neçə dəfə cərrahi əməliyyat keçiribmiş. Ara-sıra bədənində ağrılar olurmuş. İlkin ehtimala görə də, elə onun intihar etməsinə bu səbəb olub.

Faktla əlaqədar rayon Prkurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar