Tovuzda 13 yaşlı qız intihar edib
19 Aprel 2012 Cümə Axşamı 23:26
Fiziki qüsurlu qız gözdən yayınaraq özünü həyətdəki qoz ağacından asıb.
Tovuz rayonunda intihar hadisəsi baş verib. İntihar edən rayonun Aşağı Mürkülü kənd sakini, 13 yaşlı Məsmə Quliyevadır. Yaxınlarının bildirdiyinə görə, fiziki qüsurlü olduğu ücün Məsmə həmişə nəzarətdə olub. Lakin bir gün gözdən yayınan qızcığaz özünü həyətdəki qoz ağaclarından birindən asıb.
Yaxın qonşuluqda yaşayan Razim Qasımov da fiziki qüsuru olan Məsmənin uzun illərdir xəstə olduğunu bildirsə də, intihar etməsini təkzib edib. Onun sözlərinə görə, qız sonradan qan xəstəliyi olduğundan, onun dalaq və ciyərinin bir hissəsini kəsib götürüblər: “Uşaq xəstəlikdən cox əziyyət cəkirdi. Buna görə Bakıya da gedib-gəlirdi. 3-4 il iynə-dərman hesabına yaşayırdı”.
Barat Quliyevin ailəsində böyüyən qızın uzun müddətdir qan xəstəliyinın daşıyıcısı olduğu bildirilir. Bununla əlaqədar balaca Məsmə dəfələrlə əməliyyat olunsa da, səhhətində irəliləyişlər olmayıb. Əksinə həkimlər onun daxili orqanlarından dalağı ayırmalı olublar.
Qeyd edək ki, 13 yaşlı Məsmə Quliyeva Aşağı Mürkülü kənd məktəbində 6-cı sinifdə oxuyurdu. M. Quliyevanın intihar etməsi faktını Tovuz Rayon Prokurorluğundan da təsdiq ediblər. Baş vermiş hadisə ilə bağlı prokurorluğda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
DOSTLARINLA PAYLAŞ: