Tofiq Bəhramov adına stadionda bir nəfəri gün vurdu
04 Avqust 2012 Şənbə 10:10
Hadisə yerinə gələn təcili yardım həkimləri oğlana tibbi yardım göstəriblər.
Ötən gün günorta saatlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində bir nəfəri gün vurub. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, 21 yaşlı oğlanın Tofiq Bəhramov adına stadionda halı pisləşib.
Hadisə yerinə gələn təcili yardım həkimləri oğlana tibbi yardım göstəriblər. Onun gün istisindən vəziyyətinin pisləşdiyi məlum olub.
DOSTLARINLA PAYLAŞ: