Tikrit həbsxanasında üsyan baş verib
14 Mart 2011 Bazar Ertəsi 05:53
Sakinlərin həbsxanadan təxliyəsinə başlanılıb və məhkumlar 10 nəfərlik qruplar halında başqa bir həbsxanaya köçürülür
İraqın Tikrit şəhərindəki həbsxanada üsyan baş verib. Baş vermiş üsyanda 2 məhkum ölüb, 7 nəfəri polis, qalanları məhkum olan 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Şəhər rəsmilərinin verdiyi məlumata görə, baş vermiş üsyandan sonra həbsxana istifadəyə yararsız hala gəlib. Məlumata görə sakinlərin həbsxanadan təxliyəsinə başlanılıb və məhkumlar 10 nəfərlik qruplar halında Səddam Hüseynin keçmiş saraylarından birinə köçürülür.

Tikrit şəhərinin bağlı olduğu Səlahəddin vilayətinin valisi Əhməd Əl Cuburi “Əl Hürrə” telekanalında verdiyi açıqlamada məhkumların qaçmağı planlaşdırdıqlarını, planın meydana çıxması ilə üsyan başladıldığını deyib.

Xatırladaq ki, İraqın edam olunan sabiq lideri Səddam Hüseynin doğulduğu şəhər kimi tarixə düşən Tikrit şəhəri paytaxt Bağdaddan 150 km şimaldadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar