Tikinti şirkətinin rəhbərini qətlə yetirən şəxslər müşahidə kamarelarına düşüb
13 İyul 2011 Çərşənbə 10:54
Artıq fotorobota ehtiyac yoxdur.
Bakının Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross İK” MTK-nın ofisinə silahlı basqin edərək, şirkətin təsisçisi Əflatun Piriyevi qətlə yetirən şəxslərin şəkilləri əldə edilib. Bakı şəhər Prokurorluğunun ANS-ə verdiyi məlumata görə, artıq müşahidə kameralarının lentə aldığı təsvirlər var və buna görə də fotorobota ehtiyac qalmayıb.
Hazırda həmin şəxslərin axtarışı aparılır. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı yaxın vaxtlarda ətraflı məlumat yayacaq.
Qeyd edək ki, iyulun 11-i Teymur Əliyev küçəsində yerləşən hündürmərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən ofisə silahlı basqın olub. Nəticədə “Azər-Ross İK” MTK-nın təsisçisi Əflatun Yasin oğlu Piriyev aldığı güllə yarasından xəstəxanaya aparılarkən yolda keçinib. Şirkətin baş mühasibi, 1944-cü il təvəllüdlü, Naxçıvan şəhər sakini Əmiraslan Allahverdi oğlu Əhmədov isə qarın nahiyəsindən yüngül güllə yarası alıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: