Hadisə

Tiblisi prospektində maşın aşıb

Qəza zamanı sürücü xəsarət almasa da, avtomaşına ciddi ziyan dəyib.

· Xəbərçi
Tiblisi prospektində maşın aşıb
Gecə Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Zivərbəy Əhmədbəyov küçəsi ilə Tbilisi prospektinin kəsişməsindəki dairə yaxınlığında qeydə alınıb. Həmin küçə ilə hərəkət edən “Naz-Lifan” markalı minik avtomobili dairəyə yaxınlaşarəkən sürücünün idarəetməsindən çıxıb və dairənin kənara dəyərək bir neçə dəfə fırlanıb və sonunda aşıb. Xoşbəxtlikdən qəza zamanı sürücü xəsarət almasa da, avtomaşına ciddi ziyan dəyib. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar dövlət yol polisi Yasamal rayon şöbəsində araşdırmalar aparılır. Qəzanın necə və hansı səbəbdən baş verməsi araşdırmaların sonunda bəlli olacaq.

Şərhlər