Tərtərdə əsgər əsgəri güllələdi
04 Mart 2010 Cümə Axşamı 13:45
Rövşən Əliyev aldığı xəsarətdən dünyasını dəyişib
Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində insident baş verib. Milli.Az-ın məlumatına görə, hadisə martın 3-dən 4-nə keçən gecə baş verib. Hərbi hissənin əsgəri, 20 yaşlı Vilayət Novruzov odlu silahla ehtiyatsız davranma nəticəsində həmyaşıdı, əsgər Rövşən Əliyevi güllələyib. R.Əliyev aldığı xəsarətdən dünyasını dəyişib.
Mərhum əsgər Lerik rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıbmış.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: