Tərtər rayonu Qaradağlı kəndində ilanlar evə basqın etdi
02 İyun 2014 Bazar Ertəsi 16:50
Tərtər rayonu Qaradağlı kənd sakini Ramin Qaraşovun evinə ilanlar hücum edib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ilanları ilk dəfə evin 7 yaşlı oğlu yataq otağında görüb və dərhal atasına xəbər verib.
R. Qaraşov isə evə hücum edən 2 ilanı öldürüb. Evin əşyalarının bir qismi çölə çıxarılıb.

Ev sahibinin sözlərinə görə, bu barədə kənd icra nümayəndəliyinə məlumat veriblər, amma heç kəs onların şikayətlərinə baxmayıb.

Qeyd edək ki, iki otaqdan ibarət olan evin döşəməsi torpaqdır. Ailə imkansızlıq səbəbindən evin döşəməsini təmir etdirə bilmədiklərini söyləyir.

Ev sahiblərinin iki gündür ki, həyətdə gecələdiyi bildirilir.

Kənd baytarlıq idarəsinin nümayəndələri sözügedən evə gəliblər və ilanlara qarşı dərmanlama işləri aparıblar.

İdarənin rəhbəri Fizuli Quliyev isə qeyd edib ki, işğal altında olan meşə massivlərimizdə erməni tərəfi yanğınlar törədib və nəticə vəhşi heyvanların köçü baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar