Tərtər-Goranboy yolunda dəhşətli qəza: 3 nəfər ölüb
20 May 2012 Bazar 16:52
Ölənlərdən ikisi Milli Ordunun zabitləridir.
Tərtərdə 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Rayonun Çəmilli kəndi ərazisində iki minik maşının toqquşması nəticəsində ikisi hərbçi olmaqla 3 nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə Tərtər-Goranboy avtomobil yolunun 6-cı kilometrliyində Çəmilli kəndi ərazisində baş verib.

Belə ki, VAZ -2107 markalı minik maşını ilə VAZ- 21015 markalı avtomobilin bir-birinə çırpılması nəticəsində ikinci maşında olan Azərbaycan Ordusunun zabitləri 28 yaşlı Balabəy Mürsəlov , 28 yaşlı Sabir Hüseynov və VAZ -2107-nin sürücüsü, Tərtərin Seyidimli kənd sakini 35 yaşlı Fazil Şahbazov hadisə yerində kecinib.

Digər maşında olan hərbçi 27 yaşlı Vahid Məlikov müxtəlif bədən xəsarəti ilə ərazidə yerləşən hərbi kospitala yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar