Hadisə

Terrorçular polis idarəsini "göyə sovurdular"

Hadisə Əfqanıstanın Qəndəhar şəhərində baş verib

· Xəbərçi
Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərində terrorçuların polis qərargahına hücumu nəticəsində 21 nəfər ölüb, 40 nəfərdən çox insan isə yaralanıb. Ölənlərin 15-i polis əməkdaşlarıdır.

Məlumata görə, bir qrup silahlı şəxs öncə məntəqənin qabağında avtomobili partladıb. Sonra idarəyə basqın edilib. Basqınçılar məntəqənin içərisində üzərlərində olan partlayıcı qurğuları işə salıblar. Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.

Şərhlər