Telefonunu verməyən Bakı sakini bıçaqlandı
05 İyun 2012 Çərşənbə Axşamı 06:26
Zərərçəkmişə xəsarət yetirən naməlum şəxs hadisə yerindən qaçıb.
Bakının Nəsimi rayonunda 36 yaşlı Məmmədov Əlizadə Məhəmməd oğlunun bıçaqlanması ilə nəticələnən qanlı cinayət törədilib. Hadisə metronun 20 yanvar stansiyasından üzü 3-cü mikrarayon istiqamətinə gedən yolda baş verib. Naməlum şəxsin hücumuna məruz qalan Əlizadə bıçaqlandıqdan sonra ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Cərrahi əməliyyatdan sonra isə yaralının həyatını xilas etmək mümkün olub.
Hadisə barə dərhal Nəsimi rayon polis idarəsi 19-cu polis bölməsinə məlumat verilib. Zərərçəkən ilkin ifadəsi zamanı bildirib ki, hadisədən əvvəl 3-cü mikrorayon dairəsinin yaxınlığında tanımadığı şəxs ona yaxınlaşaraq mobil telefonunu istəyib. Əlizadənin mobil telefonunu həmin şəxs verməməsi isə təfərlər arasında mübahisəylə nəticələnib. Mübahisə əsnasında həmin şəxs Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerindən yayınıb.
Faktla bağlı 19-cu polis bölməsində araşdırma başlanılıb. Zərərçəkəni bıçaqlayan şəxəsin axtarışları isə davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: