Siyəzən şəhərində sürücü sükan arxasında infarkt keçirib. ANS PRESS-in Daxili İşlər Nazirliynin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, Siyəzən şəhərinin ərazisində Böyük Həmyə kənd sakini Heybətağa Heybətov “VAZ-2107” markalı avtomobili idarə edərkən infarkt keçirib. Nəticədə o idarə etdiyi avtomobili Yenikənd kənd sakini Adil Əliyevin idarə etdiyi “PAZ” markalı avtomobilə vurub.
H.Heybətovova ilkin tibbi yardım göstərilərkən infarktdan ölüb.
Sürücü sükan arxasında infarkt oldu
Siyəzəndə vəziyyəti pisləşən sürücü avtomobili başqa maşına vurub.




Şərhlər