Suriya təhlükəsizlik qüvvələri Dəməşqdəki stadionlardan birində hakimiyyət əleyhinə çıxışın yatırılması zamanı 26 nəfər öldürülüb. Məlumatı “Frans Press” agentliyi BMT Təhlükəsizlik Şurasına yaxın mənbələrə istinadən yayıb.
Məlumata görə, kütləvi qətldən əvvəl qurbanlarının gözlərini bağlayıblar. BMT Təhlükəsizlik Şurasına təqdim edilən hesabatda o deyilir ki, 13 yaşlı yeniyetmə edam edilib, hospitalların quraşdırıldığı binalar atəşə tutulub.
Qeyd edək ki, Suriyada hakimiyyət əleyhinə aksiyalar martın ortalarında başlayıb. Hüquq müdafiəçilərinin məlumatına görə, təhlükəsizlik qüvvələri və polislə qarşıdurmalar zamanı ölən nümayişçilərin sayı 2000 nəfərə çatıb.
Suriyada daha bir qanlı gün: 26 ölü
Təhlükəsizlik qüvvələri stadionda kütləvi qətliam törədiblər




Şərhlər