Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı vuruşan azərbaycanlı Əsgərov Rüstəm həlak olub. ANS PRESS-in məlumatına görə, Mədinə İslam Universitetini bitirən Əsgərov Rüstəmin 20 ildən artıq Azərbaycanda İslama çağırışçıların siyahısında yer aldığı bildirilir.
4 il həbsdə yatan Rüstəmin Əfqanıstan və Çeçenistanda önəmli fəaliyyət göstərdiyi vurğulanıb. Əsgərov Rüstəmin Suriyada Ahraruş Şam İslami Mübarizə qrupunda 2 il mübarizə apardığı barədə məlumatlar verilib.
Əsgərov Rüstəm Hələbdə Əsəd qüvvələrinin havadan endirdikləri zərbələr nəticəsində həlak olub.
Suriyada daha azərbaycanlı həlak oldu
Rüstəm Əsgərov Hələbdə Əsəd qüvvələrinin havadan endirdikləri zərbələr nəticəsində ünyasını dəyişib.




Şərhlər