Hadisə

Suraxanıda piyada vurulub

Yolu keçərkən burulan piyada xəstəxanadadır

· Xəbərçi
Suraxanıda piyada vurulub
Ötən gecə Suraxanı rayonu ərazisində piyadanın vurulmasıyla nətiəcələnən yol nəqliyyat hadisəsi baş verib. Hövsan qəsəbəsinin sakini Bədirxanov Fərhad Zakir oğlu yolu keçmək istəyərkən “Nissan” markalı avtomobil tərəfindən vurulub. O hadisədən sonra təcili tibbi yardım avtomobili vasiətsi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkim Travmatoloq Loğman Məmmədov yaralıda kəllə-beyin travması olduğunu bildirib.

Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Suraxanı rayon polis idarəsində araşdırmalara başlanılıb. İdarədən verilən məlumata görə, yol qəzasını törədən avtomobilin sürücüsü artıq saxlanılıb.

Şərhlər