Suraxanıda bıçaqlanma hadisəsi baş verib
18 Mart 2011 Cümə 07:23
Həkimlər tərəfindən müayinə olunan zaman xəstənin bədəninin müxtəlif yerlərində 3 bıçaq yarasının olduğu müəyyənləşib
Gecə Suraxanı rayonu Əmircan qəsəbəsi Səttar Bəhlülzadə küçəsi ev 87-də yaşayan 22 yaşlı Xəyal Nərimanov bıçaqlı şəxsin hücumuna məruz qalıb. Hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. Xəyal evə gedən zaman yolda bir neçə nəfərin dayanaraq onu gözlədiyinin şahidi olub. Yaxınlaşdığı zaman zərərçəkmiş onu gözləyənlərdən birini tanıyıb. “Dedi səni gözləyirəm. Bayaqdandı zəng eləyirəm zəng çatmır. Sinif yoldaşım Apayev Ayaz idi. Kimsə nəsə çatdırıb ona o da söhbət eləməmiş vurdu getdi”.

Qeyd edək ki, hadisədən sonra Xəyal yaxınlarının köməkliyi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən müayinə olunan zaman xəstənin bədəninin müxtəlif yerlərində 3 bıçaq yarasının olduğu müəyyənləşib.

Həkim Əsgər Imamverdiyev Xəyal Nərimanovun xəstəxanaya sol budun kəsilmiş yarası, sağ dirsəyin kəsilmiş yarası, barmağının kəsilmiş yarası ilə daxil olduğunu deyib. Həkim zərərçəkmişin vəziyyətinin qənaətbəxş olduğunu deyib.

Faktla bağlı Suraxanı rayon polis idarəsi 31-ci polis bölməsinin əməkdaşları tərfindən araşdırma başlanılıb. Hadisə vaxtı xəsarət alan Xəyalın izahatını alan polislər, onu bıçaqlamaqda şübhəli bilinən Ayaz Apayevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar