Sumqayıt şəhəri ərazisində şadlıq sarayı qarət edildi. ANS PRESS-in Daxili Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri ərazisindəki "Ramiz" şadlıq evindən oğurluq etmiş iki şəhər sakini tutulub.
Belə ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Əhmədovun icarəyə götürdüyü "Ramiz" şadlıq evindən pəncərədən girmək yolu ilə içərsində 2.500 manat olan seyfi və video görüntü üçün quraşdırılmış qurğunu oğurlamış Sumqayıt şəhər sakinləri Sahib Məlikov və Turan Kərimov tutulublar. Araşdırmalar zamanı müyyən olunub ki, Turan Kərimov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Sumqayıtda şadlıq sarayından qarət edən şəxslər yaxalandı
Onlar içində pul olan seyfi və digər avadanlığı oğurlayıblar.




Şərhlər