Sumqayıdda iki yaşlı qızı ilan vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, mayın 23-də Sumqayıt şəhəri Corat bağlar sahəsində yaşayan 2 yaşlı Zəhra Quliyevanı həyətdə ilan vurub. Z. Quliyeva dərhal xəstəxanaya yerləşdirilib, hazırda onun vəziyyəti orta-ağırdır.
Araşdırmalar aparılır. ANSPRESS
Sumqayıtda iki yaşlı qızı ilan vurub
Sumqayıtda iki yaşlı qızı ilan vurub. Hazırda uşağın vəziyyəti orta-ağırdır.




Şərhlər