Sumqayıt şəhərində iki avtomobil eyni anda yanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat ximətindən verilən məlumata görə, "QAZEL" markalı yük avtomobili və "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanaraq külə dönüb.
Yaxınlıqdakı digər avtomobillər hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Yanğın saat 05:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisənin nə səbəbdən baş verməsi araşdırılır. ANSPRESS
Sumqayıtda iki maşın eyni anda yandı
Yanğın gecə saatlarında baş verib.




Şərhlər