Sudanda döyüşlər davam edir
01 Mart 2011 Çərşənbə Axşamı 16:36
Cənubi Sudan baş verənlərdə mərkəzi Sudan hökumətini ittiham edib
Cənubi Sudanda polis postuna hücum nəticəsində ən azı 10 nəfər qətlə yetirilib. ANS PRESS-in “ZMAN.com”a istinadən verdiyi xəbərə görə, hücum Sudan tayfalarından birinin nümayəndələri tərəfindən həyata keçirilib.

Cənubi Sudan nümayəndələri mərkəzi Sudan hökumətinin bu tayfanı dəstəkləməkdə və faktiki olaraq polisləri öldürənlərin arxasında durmaqda ittiham edib. Tayfa nümayəndələri isə cənubi sudanlıların təxribatlarından əziyyət çəkdiklərini bəyan ediblər.

Xatırladaq ki, Sudanın şimal və cənub hissələri arasındakı sərhəddə hələ də, atəş səsləri eşidilməkdə davam edir. 2005-ci ildə əldə olunan sülh sazişinə görə, Malakal kimi mürəkkəb sərhəd rayonlarında Sudan federal ordusu və cənubdan olan keçmiş üsyançılardan ibarət birgə silahlı qüvvələr yaradılıb. Müşahidəçilər hesab edir ki, belə toqquşmalar ölkənin iki yerə bölünməsi ilə əlaqədar iki dövlətin silahlı qüvvələrinin yenidən təşkil olunmasına qədər davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar