Şübhəli bilinən şəxslər tutulub
24 Mart 2009 Çərşənbə Axşamı 16:25
Taksi sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər tutulub, Saxlanılanlar Faiq Hüseynov və Asif Əliyev sürücüsünü bıçaqla hədələyərək 6 manatını və mobil telefonunu alıblar

Bakının Nizami rayonu ərazisində taksi sürücüsünə qarşı quldurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 23-də saat 03:00 radələrində 28 may küçəsində 25 yaşlı Rasim Nuriyevin taksi kimi idarə etdiyi «Çerri» markalı 10-RJ-532 dövlət nömrə nişanlı avtomobilə naməlum şəxslər minərək sürməyi tələb edib. Onlar Keşlə qəsəbəsində sürücünü bıçaqla hədələyərək 6 manatını və mobil telefonunu alıblar. Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən 32 yaşlı Faiq Hüseynov və 19 yaşlı Asif Əliyev tutulub.

/ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar