Hadisə

Su kanalından meyit tapıldı

58 yaşlı kişi Yuxarı Qarabağ kanalında boğularaq ölüb

· Xəbərçi
Su kanalından meyit tapıldı
Yuxarı Qarabağ kanalında bir nəfər boğularaq ölüb. ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, dünən su kanalının Yevlax rayonu Tanrıqulular kəndi ərazisindən keçən hissəsində 1954-cü il təvəllüdlü Kazımov Vaqif İsa oğlu batıb. Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şərhlər