Siyəzəndə toyuna hazırlaşan 21 yaşlı qız özünü asıb
18 May 2012 Cümə 13:48
Ailəsi tərəfindən xilas edilən qız süni nəfəs aparatına qoşulub.
Bu gün toyu olacaq qız intihara cəhd edib. ANS PRESS-in bölgə verdiyi məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 1991-ci il təvəllüdlü Baxşıyeva Günay Ziyafəddin qızı Baxşıyeva yaşadığı evin həyətində özünü asıb.
İntihara səbəb kimi ilkin versiya kimi şəxsi münasibətlər göstərilir. Onun nişanlısı ilə aralarında mübahaisə baş verdiyi bildirilir.
Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılan qızın vəziyyəti kritikdir, süni nəfəs aparatına qoşulub.
Rayon prokuroru Murad Kazımov faktı təsdiqləsə də, əlavə məlumat verməyib.
Qeyd edək ki, bu gün Günay Baxşıyevanın toy mərasimi olmalı idi. Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: