Hadisə

Siyəzəndə quşçuluq fermasında zəhərlənmə olub

Fazil Mustafayev vəziyyəti ağır olduğundan Bakıya gətirilib.

· Xəbərçi
Siyəzəndə quşçuluq fermasında zəhərlənmə olub
Siyəzən rayonunda yerləşən şəxsi quşçuluq fermasında zəhərlənmə hadisəsi olub. Siyəzən rayon polis şöbəsinin rəis müavini Yusif Ələsgərovun ANS PRESS-ə verdiyi məlumata görə, dünən rayonun Böyük Həmiyyə kənd sakini Fazil Məhəmməd oğlu Mustafayev işlədiyi şəxsi quşçuluq fermasında naməlum mənşəli zəhərlənmə ilə Diaqnostika Mərkəzinə gətirilib.

Orada zəhərlənmənin mənşəyi müəyyən olunmadığından və xəstənin vəziyyəti ağır olduğundan o, Kiliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə çatdırılıb.

Hazırda Siyəzən rayon polisi faktla bağlı araşdırma aparır. ANSPRESS

Şərhlər