Siyəzəndə kərpic sexində bədbəxt hadisə olub
08 Aprel 2012 Bazar 10:37
Fəhlə kərpic olan dəmir konstruksiyalı daşıyıcı qurğunu hərəkət etdirən zaman hasarla qurğu arasında qalıb
Azərbaycanın Siyəzən rayonunda yerləşən kərpic sexinin anbarında bədbəxt hadisə baş verib. Milli.az-ın Regional TV kanalına istinadən verdiyi məlumata görə, müəssisədə fəhlə işləyən 22 yaşlı rayon sakini Sahib Qafarov bədbəxt hadisə nəticəsində ağır bədən xəsarəti alaraq Siyəzən regional müalicə-diaqnostika mərkəzinə çatdırılıb. O, sexdə içərisində kərpic olan dəmir konstruksiyalı daşıyıcı qurğunu hərəkət etdirən zaman hasarla qurğu arasında qalıb. Aparat onun başını divara sıxıb. Tibb müəssisəsində yaralıya qapalı kəllə-beyin travması və baş beynin əzilməsi diaqnozu qoyulub.Təcili tibbi yardımdan sonra Sahib Qafarov Sumqayıt şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Kərpic sexinin məsul işçisi Sahib Qasımov hadisənin Qafarovun səhvi ucbatından baş verdiyini bildirib. Onun sözlərinə görə, Sahib təhlükəsizlik qaydalarına riayət etməyib. Bundan əlavə, o, qurğunu hərəkət etdirən zaman müəyyən olunan mövqedə durmayıb. Elə hadisə də bu səbəbdən baş verib.
DOSTLARINLA PAYLAŞ: