Şirvanda daha bir zəlzələ baş verib
14 Mart 2011 Bazar Ertəsi 16:22
Zəlzələ Rixter cədvəli üzrə 3 bal gücündə olub
Bu gün yerli vaxtla saat 15:23–də Azərbaycanın Şirvan şəhərindən 35 km şimalda daha bir zəlzələ baş verib. Milli Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, zəlzələnin Rixter cədvəli üzrə 3 bal gücündə olub. Zəlzələnin episentri isə 11 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Xatıradaq ki, bu gün Şirvanda 3 zəlzələ baş verib. İlk yeraltı təkanlar yerli vaxtla saat 11:52–də Azərbaycanın Şirvan şəhərindən 40 km şimali-şərqdə zəlzələ olub. Zəlzələnin gücü episentrdə 12 ballıq cədvəl üzrə 3.5 bal olub. Zəlzələ 26 km dərinlikdə qeydə alınıb.
Maqnitdası 4.40 olan zəlzələ Şirvan və Hacıqqbul rayonlarında 3.0 bal, Sabirabad rayonunda isə 2.0 bala qədər hiss edilib. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.
İkinci zəlzələ yerli yaxtla saat 12:14–də Şirvan şəhərindən 35 km şimalda, 12 ballıq cədvəl üzrə episentrdə 3.5 bala, Şirvan və Hacıqabulda 3.0 bal, Sabirabadda 2.0 bala qədər hiss edilib. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur. Məlumata görə, zəlzələnin maqnitudası 4.00, episentrinin dərinliyi 11 km olub.
III zəlzələ isə yerli yaxtla saat 12:26–da Azərbaycanın Şirvan şəhərindən 35 km şimalda daha bir zəlzələ baş verib. Bu dəfə yeraltı təkanlar Rixter cədvəli üzrə 3.5 bal gücündə olub. Zəlzələnin episentri 35 km dərinlikdə qeydə alınıb. İlkin məlumatlara əsasən, zəlzələ hiss olunmayıb.
DOSTLARINLA PAYLAŞ: