Şimali Koreyada daşqın fəlakəti: 88 ölü
29 İyul 2012 Bazar 03:36
Təbii fəlakət nəticəsində 134 nəfərin xəsarət aldığı bildirilir
Koreya Xalq Demokratik Respublikasında güclü tayfun nəticəsində yaranan daşqınlar 88 nəfərin ölümünə səbəb olub. ANS PRESS-in “Sinhua” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Şimali Koreya KİV-i yayıb. Məlumatlarda 134 nəfərin xəsarət aldığı bildirilir.

Ötən həftə yaranan daşqınlar güclü yağışların nəticəsi olub. Ziyanın dəqiq miqyası məlum deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar