Silahla ehtiyatsız davranan əsgər əsgər yoldaşını güllələyib
31 Avqust 2012 Cümə 18:07
Hadisə Ağdamda yerləşən hərbi hissədə baş verib.
Müdafiə Nazirliyinin Ağdamda yerləşən “N” saylı hərbi hissəsində əsgər ölümü ilə nəticələnən insident baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, 1993-cü il təvəllüdlü Xudaverdiyev Novruz Rasim oğlunun tabeliyində olan silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun əsgər yoldaşı, 1993-cü il təvəllüdlü Dadaşov Pərvin İbadulla oğluna dəyib. Yaralanan əsgər Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

P.Dadaşov 2011-ci ilin aprel ayında Quba, N. Xudaverdiyev 2011-ci ilin aprel ayında Bakının Xəzər rayonunda həqiqi hərbi xidmətə çağırılıb.

Faktla bağlı Bərdə Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar