Sevgilisini zorladığını görə dostunu öldürən şəxsə hökm oxundu
10 Fevral 2010 Çərşənbə 13:45
Şakif Əliyev həbsxanaya, Fərman Musayev isə xəstəxanaya göndərildi
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xüsusi amansızlıqla adam öldürməkdə təqsirləndirilən Şakif Əliyev və Fərman Musayevin cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.
ANS PRESS-in məlumatına görə, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sakif Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Fərman Musayev isə ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyü üçün məcburi qaydada müalicəyə göndərilməsi qərara alınıb.
İttiham aktına görə, İbadulla Abdullayev 2008-ci il noyabrın 20-də evdə mübahisə edərək yaşadığı mənzili tərk edib. O, Qum adasından tanıdığı tanışının evinə gəlib. Bir müddət sonra isə Bakı sakini 46 yaşlı Sakif Əliyev və onun qeyri-rəsmi yaşadığı 34 yaşlı Mehriban Rəsulovanın yanında yaşamağa başlayıb.
2008-ci ilin noyabrında M.Rəsulova qeyri-rəsmi yaşadığı Sakif Əliyevə və onun tanışı 27 yaşlı Bakı sakini Fərman Musayevə İbadulla tərəfindən döyülərək zorlandığını xəbər verib.
Noyabrın 25-da İ.Abdullayevin yanına gələrək mübahisə edən tanışlar balta və dəmir parçası ilə onun baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endiriblər. S.Əliyev və F.Musayev törətdikləri ağır cinayətin izini itirmək məqsədilə İ.Abdullayevin meyidini yaxınlıqdakı sahədə basdırıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: