Şərur şəhərində iki din xadimi qətlə yetirilib
30 Yanvar 2010 Şənbə 15:50
Yanvarın 30-da Şərur şəhərindəki məsciddə iki din adamının ölümü ilə nəticələnən qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisəyə məsciddə keçirilən yığıncaqda Qarxun kənd məscidinin mollası Qasım Məmiyevə müvafiq vəsiqənin verilməməsi səbəb olub. Aralarında yaranan münaqişə zamanı Q. Məmiyev bıçaqla Şərur rayonunun axundu Hacı Əkbəri və rayonun Siyaqut kənd mollası Qəzənfər Quliyevi bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən Q. Məmiyev polis əməkdaşları tərəfindən həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, təhqiqat aparılır. APA
DOSTLARINLA PAYLAŞ: