Hadisə

Şərqi Azərbaycanda zəlzələ: üç ev dağıldı

Yeraltı təkanlar Rixter cədvəli ilə 4,9 bal gücündə olub

· Xəbərçi
Şərqi Azərbaycanda zəlzələ: üç ev dağıldı
Bu gün saat 07.28 dəqiqədə İranın Şərqi Azərbaycan vilayətində Rixter cədvəli ilə 4,9 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumata görə, episentri Vərziqan şəhərinin altı kilometrliyində qeydə alınmış yeraltı təkan şəhərdəki üç fərdi yaşayış evinin dağılmasına səbəb olub. Zəlzələni təlaşla qarşılayan əhali havanın şaxtalı olmasına baxmayaraq küçələrə axışıb.

Şərhlər