Şəmkirdə qəribə hadisələr baş verir
13 İyul 2012 Cümə 12:08
Rayonda naməlum şəxslər gecə evlərə basqın edirlər.
Bir neçə gündür ki naməlum şəxslər Şəmkir rayonunda evlərə basqın edirlər. Bu barədə məlumatı yerli sakinlər ANS PRESS-in bölgə müxbirinə məlumat veriblər. Onların sözlərinə görə, artıq 3 gündür ki, tanımadıqları bir neçə şəxs rayonda və Morul kəndi ərazisində gecə saatlarında bir neçə evə hücum ediblər. Hücum nəticəsində xəsarət alan sakinlərin olduğu deyilir.

Ötən gecə hadisə baş verən kənddə olan əməkdaşlarımız müşahidə edib ki, gecə yarısınadək əksır sakinlər evlərinə girməyiblər. Onlar basqının təkrar oluna biləcəyindən ehtiyat ediblər.

Maraqlıdır ki, evlərə basqın edən şəxslər girdikləri evlərdən heç nə oğurlamayıblar. Qarət halı baş verməyib. Məsələ ilə bağlı Şəmkir rayon Polis Şöbəsindən deyiblər ki, hazırda şikayətlər və daxil olmuş məlumatla əsasında araşdırma aparılır.

Polis şöbəsindən ANS PRESS-ə bildirilib ki, hələlik mətbuata hər hansı açıqlama verə bilməzlər. Lakin qeyd olunub ki, təfərruatlar məlum olduqda açıqlama veriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar