Hadisə

Şəmkirdə mikroavtobus aşıb

Qəza fevralın 16-da baş verib

· Xəbərçi
Şəmkirdə mikroavtobus aşıb
Azərbaycanın Şəmkir rayonunda, Bakı-Qazax magistralında “Mercedes Transit” markalı mikroavtobus yoldan çıxaraq aşıb. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, qəza nəticəsində mikroavtobusdakı sərnişinlərdən biri hadisə yerində keçinib. Sürücü və digər 3 nəfər isə yaralanaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəyə səbəb yolun sürüşkən olması göstərilir.

Faktla araşdırma aparılır.

Şərhlər