Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəza avqustun 7-si saat 22 radələrində Şəmkir rayonu Düyərli kəndinin ərazisində baş verib.
Göygöl rayon sakini Səbuhi İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zəyəm-Cırdaxan kənd sakini Dinarə Bayramovanı, onun azyaşlı oğlu Fəqanı və azyaşlı qızı Gültacı vurub.
Uşaqlar hadisə yerində ölüb, D. Bayramova xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.
Şəmkirdə iki uşağı ananın gözü qabağında öldü
Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Sürücü yol keçən ana və balalarını vurub.




Şərhlər