Bu gecə Şəmkir rayonunda ailə faciəsi baş verib. Şəmkir rayon prokurorunun böyük köməkçisi İlham Səlimovun ANS PRESS-ə verdiyi məlumata görə, gənc gəlin və körpə uşağı dəm qazından boğulublar.
24 yaşlı Xanım Məmmədova və 3 yaşlı qızı Firuzəni hamamda dəm qazından boğulublar. Hadisə Xanım Məmmədova qızını çimizdirərkən baş verib. Onlar hamada olduğu vaxt evdə heç kim olmayıb. Anan və körpəsinin meyitini yaxınları sonradan hamamda aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə gənc ana və körpəsi faciəvi şəkildə öldü
Onlar hamamda dəm qazından boğulublar




Şərhlər