Şəmkir rayonunda əməlləri böyük rezonansa səbəb olan şəxslər həbs edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cari ilin iyun ayının 28-dən avqust ayının 1-dək Şəmkir rayonunda müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus evlərə daş ataraq sakinlər arasında müxtəlif şayiələrin yaranmasına səbəb olan rayon sakinləri - Arzu Rzayev və Samir Mürşüdov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Şəmkirdə evlərə silahlı dəstənin basqın edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlum hadisə ilə bağlı dərhal Şəmkir Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 157-ci (mənzil toxunulmazlığını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Şəmkir sakinlərinin vahiməsinə çevrilmiş şəxslər həbs olundu
Onların əməlləri ölkədə böyük rezonansa səbəb olmuşdu.




Şərhlər