Şəmkir-Moskva avtobusunun qəzası ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb
17 Avqust 2011 Çərşənbə 22:21
Dağıstanda aşan avtobusun sürücüsü əks tərəfdən çıxan avtomobillə toqquşmamaq üçün nəqliyyat vasitəsini kənara çəkib
Dağıstan ərazisində Şəmkir - Moskva reysi ilə hərəkət edərkən qəzaya uğramış avtobusun həlak olmuş sürücüsü Etibar Rəhimovun cənazəsi axşam saatlarda Azərbaycana gətirilib və ailəsinə təhvil verilib. Mərhumun atası Qasım Rəhimov hadisə barədə çox az məlumatı olduğunu deyib. Mərhumun əmisi isə bildirib ki, qəza baş verən zaman burada olan 47 nəfərdən heç kim ciddi xəsarət almayıb, yalnız sürücü ölüb. «Yüngül xəsarət də yoxdur, mən özüm orada oldum, ölən təkcə özüdür»,- deyə Ehtiram Rəhimov qeyd edib.

Avtobus lisenziyasız fəaliyyət göstərirmiş. Ona görə də, digər sərnişinlərin şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil.

ANS-in şimal bürosunun məlumatına görə, qonşu ölkədə sərnişin avtobusunun qəza xəbərindən sonra bu gün Samur gömrük-keçid məntəqəsinin rəisi Hüseyn Əsimov Dağıstana yola düşüb. Qəzadan sonra cüzi xəsarət alan sərnişinlərin hamısı alternativ marşrutlarla mənzil başına yola salınıb. Qəzanın baş verməsinə gəlincə isə bildirilib ki, Şəmkir-Moskva sərnişin avtobusun qarşısına əks tərəfdən avtomobil çıxıb və onunla toqquşmamaq üçün sürücü nəqliyyat vasitəsini kənara çəkib. Bu zaman isə maşın aşıb və sürücü avtobusun altında qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar