Şəkinin sabiq icra hakimiyyəti başçısının qardaşı həbs edilib
28 Sentyabr 2012 Cümə 15:49
Şəki şəhər mərkəzi bazarının sahibi həbs edilib.
Bu barədə APA-ya rayon hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Ülfət İbrahimov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.
Qeyd edək ki, Ü. İbrahimov Şəkinin keçmiş icra başçısı Nazim İbrahimovun qardaşıdır.
DOSTLARINLA PAYLAŞ: