Azərbaycanda toyda dava düşüb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Kiş kəndində keçirilən toy mərasimində qeydə alınıb. Toyda iştirak edən bir neçə nəfər arasında rəqs üstündə dava düşüb.
Nəticədə bir nəfər, 1974-cü il təvəllüdlü Namiq Nemət oğlu Musayev xəsarət alıb. Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, hazırda yaralının vəziyyəti orta ağırdır.
Şəki şəhər Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb. Hazırda hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür.
Şəkidə toyda rəqs üstündə dava düşüb
Şəkidə toyda rəqs üstündə dava düşüb. Hadisə nəticəsində xəsarət alan olub.




Şərhlər