Şəki şəhərində sərnişin dolu avtobus yandı
05 Avqust 2014 Çərşənbə Axşamı 15:18
Şəkidə avtobus yanıb. Yanğın Şəkinin Məmmədəmin Rəsulzadə prospektində PAZ markalı sərnişin avtobusunda baş verib.
Şəkidə avtobus yanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın Şəkinin Məmmədəmin Rəsulzadə prospektində İlham Kamal oğlu İsmayılovun idarə etdiyi “PAZ” markalı sərnişin avtobusunda baş verib.

Belə ki, hadisə zamanı sürücü adı çəkilən prospektlə Kiş kəndi istiqamətində hərəkətdə olarkən qəfildən avtomobilin mühərrikində alovlanma olub. Bu zaman sürücü çevik davranaraq avtobusu saxlayıb. O, avtobusdakı bütün sərnişinlər dərhal endirib.

İlkin olaraq yanğının qarşısını sürücü yol kənarındakı arxın suyu ilə alıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar