Hadisə

Şəhidlər Xiyabanında intihar

Şəki sakini özünü asıb

· Xəbərçi
Şəhidlər Xiyabanında intihar
Bakıda intihar hadisəsi baş verib. Səbail Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən günorta saatlarında Şəhidlər Xiyabanında baş verib.

Şəki rayonu Çexov küçəsi, ev-16-da yaşayan 46 yaşlı Elxan Firidun oğlu Mütəllibov xiyaban ərazisində, şam ağacından özünü asaraq intihar edib. Əraziyə dərhal Prokurorluğun istintaq qrupu gələrək araşdırmaya başlayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda AR CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər