Səbail rayonundayanğın hadisəsi
12 Fevral 2011 Şənbə 15:00
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında yanğın olub
Bakı şəhəri, Səbail rayonunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus binada yanğın olub. Fövqəladə Nallar Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, ümumi sahəsi 2700 kv.m olan taxta konstruksiyalardan ibarət üçmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində qarderob otağının yanar konstruksiyaları 40kv.m sahədə və 2-ci mərtəbənin döşəməsinin yanar konstruksiyaları 5kv.m sahədə yanıb. Hadisə zamanı binada olan gözətçi tüstüdən zəhərlənib. Həmin şəxs xəstəxanaya aparılıb.
Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilib. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar