Santa klaus hərbçini qarət etdi
25 Dekabr 2010 Şənbə 05:00
İsveç sarayının təhlükəsizliyi təhlükə altındadır
İsveçin paytaxtı Stokholmda santa klaus paltarı geyinmiş 2 nəfər İsveç sarayını qoruyan mühafizəçinin silahını əlindən alaraq qaçıb. Hadisə 24 dekabr yerli vaxtla saat 02.00-də sarayın böyük qapısının yanında baş verib. Qeyd edək ki, hadisə törədildiyi vaxt mühafizəçiyə xəsarət dəyməyib.
Hadisə barədə açıqlama verən saray təhlükəsizlik xidmətinin rəisi polkovnik-leytnant Riçard Bek-Fris bir əsgərin silahının qəsb olunmasının qabul edilməsi mümkün olmayan hadisə kimi qiymətləndirib. “30 illik peşə həyatımda ilk dəfə belə bir hadisəyə təsadüf edirəm. Hesab edirəm ki, mühafizəçilərimizə daha yaxşı təlim keçməliyik”.
Polkovnik-leytnant hadisə vaxtı növbətçi olan mühafizəçilər barədə istintaq başladıldığını da bildirib.
Polis isə silahı götürüb qaçan qarətçiləri axtarır.
DOSTLARINLA PAYLAŞ: