Samux rayonu ərazisində silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd “AKM” markalı silah, 1 ədəd lüləsi kəsilmiş “TOZ-8” tüfəngi, 1 ədəd fişəngatan tapança, 9 ədəd qumbara, 7 ədəd qumbara alışdırıcısı, 499 ədəd müxtəlif çaplı güllə və 14 ədəd güllə darağı tapılıb.
Hazırda Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silahların kimə məxsus olması və hər hansısa bir qətldə istifadə olunub-olunmaması araşdırılır. anspress
Samux rayonunda silah-sursat tapıllıb
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır




Şərhlər