Şamaxıda 22 yaşlı oğlanı sel apardıb
09 May 2012 Çərşənbə 11:43
Sel qurbanı olan Bilal Alməmmədovun bu gün toyu olmalı idi.
Şamaxıda ötən gün yağan güclü yağışlar, dolu və sel insan tələfatına və dağıntılara səbəb olub. Köməksiz qalan sakinlərin bəzilərini xilas etmək mümkün olsa da 22 yaşlı Bilal Alməmmədov sel aparıb. Ötən gününün ikinci yarısından yağan leysan yağışları B.Alməmmədovun ölümü ilə nəticələnib. Belə ki, naxırdan kənd sakinlərinin mal-qarasını kəndə gətirərkən gözlənilmədən dağdan gələn selin qurbanı olub.
Qeyd edək ki, ölən Bilal Alməmmədovun bu gün toyu olcaqdı.
Bundan başqa sel suları Şamaxının dağ ətəyi kəndlərinə də ciddi ziyan vurub. Çöl Göylər, Ovculu və Bağırlı kəndəlirndə sel suları fərdi yaşayış evlərini basıb. Kənd sakinlərinin əkin sahələri yararsız hala düşüb. Həmçinin sel sakinlərə məxsus bir neçə mal-qaranıda aparıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə isə, Şamaxının Bağırlı kəndi yaxınlığında yağış və sel sularının intensivləşməsi nəticəsində 9 avtomobil və 18 sərnişin köməksiz vəziyyətdə yolda qalıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət, avadanlıq və avtomobillər vasitəsilə 18 nəfəri xilas edərək, təhlükəsiz əraziyə təxliyyə ediblər. Hazırda rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşların müraciətlərini araşdırır. Yağış, sel və dolunun rayon ərazisində vurduğu ziyan araşdırılır.
DOSTLARINLA PAYLAŞ: