Hadisə

Salyanda yaşayış evi partlayıb, 4 yaralı var

Hadisəyə qaz sızması səbəb olub

· Xəbərçi
Salyanda yaşayış evi partlayıb, 4 yaralı var
Salyan rayonunda yaşayış evində partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün axşam saat 21:00 radələrində Güldəstə Əzizovaya məxsus evdə qeydə alınıb.

Salyan rayonu M.Ə.Rəsulzadə küçəsi, ev 29-da baş verən partlayışa səbəb məişətdə istifadə edilən qaz balonundan təbii qazın sızması olub. Hadisə nəticəsində evin qapı və pəncərə cərçivələri dağılıb, G.Əzizova, bacıları Əfsanə, Səfayət və qardaşı Səbahəddin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər