Salyan Ziyalılar Birliyinin sədri Qulam Sadıqov özünü güllələdi
16 Mart 2014 Bazar 16:35
Salyan Ziyalılar Birliyinin sədri Qulam Sadıqovun özünü öldürməsi ilə əlaqədar olaraq Prokurorluqda cinayət işi açılıb.
Salyan Ziyalılar Birliyinin sədri özünü güllələyərək öldürüb. Salyan Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə bu gün günorta saatlarında Salyan Ziyalılar Birliyinin sədri Qulam Sadıqov yaşadığı evdə özünü ov tüfəngi ilə güllələyib.
Qulam Sadıqov hadisə yerindəcə keçinib. Hadisə ilə əlaqədar olaraq Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb.
Hadisənin baş vermə səbəbləri müstəntiq tərəfindən aşaradırılır.
DOSTLARINLA PAYLAŞ: