Bu gün səhər saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Sabunçu rayonu ərazisində körpünün üstündə Mərdəkan istiqamətində gedən “VAZ-2106” markalı avtomobil “Kamaz”la toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar 3 saylı şəhər xəstəxanasına gətiriliblər. Tibb ocağından ANS PRESS-ə verilən məlumata görə, onlardan biri reanimasiyaya yerləşdirilib, digərinin vəziyyyəti isə yüngüldür.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS
Sabunçuda "Jiquli" "Kamaz"la toqquşub
Qəza iki nəfərin yaralanması ilə nəticələnib.




Şərhlər